Laçın rayonu
Şəlvə kəndinin

Şəhərsalma konsepsiyası
Layihə: Şəhərsalma əsaslandırılması
Tarix: 2022-2023
Yerləşmə: Laçın şəhəri, Şəlvə kəndi

Baş plan konsepsiyasının əsasında kəndin təbii mövqeyi və tarixi rolu dayanır. Yerləşdiyi dərənin mərkəzi məntəqəsi olan Şəlvə kəndi bu mikroregionun infrastruktur düyünü kimi layihələndirilib. Yol və küçə şəbəkəsi kəndin təsərrüfat funksiyalarına uyğun dizayn edilib. Şəlvə heyvandarlıq üçün əlverişli ərazidə yerləşir, buna görə burada iri aqrokompleks və kiçik ailə təsərrüfatları üçün uyğun şəraitin yaradılması planlanır.

Ənənəvi memarlıq üsullarından istifadə edərək, Şəlvə üçün unikal sima yaradılıb. Burada əsas faktorlar dərənin əsrarəngiz təbiəti ilə həmahənglik və qayıdacaq əhalinin yaddaşındakı yerin ruhunun qorunması olub.