Xudafərin qəsəbəsinin
şəhərsalma əsaslandırılması
Layihə: Şəhərsalma əsaslandırılması
Tarix: 2022-2023
Yerləşmə: Xudafərin qəsəbəsi, Cəbrayıl rayonu

Xudafərin
İşğal nəticəsində tamamilə məhv edilmiş qəsəbənin yenidənqurma layihəsi.Qəsəbənin mövqeyi Araz çayının sol sahilində, dövlət sərhədindədir. Azərbaycan xaqlı üçün böyük rəmzi və tarixi dəyəri olan Xudafərin körpüləri burada yerləşir.

Konsepsiyada qəsəbənin təbii mövqeyi və tarixi quruluşuna əsaslanaraq, müasir tələblərə və şəhərsalma prinsiplərinə cavab verən 20 illik baş plan tərtib edilmişdir. Baş planda bütün zəruri infrastruktur, qəsəbə mərkəzi, ictimai binalar, yaşayış məhəllələri, Xudafərinin turizm potensialına uyğun infrastruktur layihələndirilmişdir.

Layihə iştirakçıları: Toğrul Bayramov, Rəsul Rzalı,
Teymur İsazadə, Çiçək Bayramlı, Ayan Şirinova, Səkinə Nağıyeva, Yasmin Abdullayeva, Nəcibə Məmmədova,
Leyla Cəbrayılova, Nərminə İbrahimova, Cavid Cabbarov, Nəzrin Hacıyeva.