Laçın şəhəri
Mədəniyyət mərkəzi

Memarlıq konsepsiyası
Yerləşmə: Laçın şəhəri
Tarix: 2022
Mərhələ: Konseptual layihə

Təklif olunan mədəniyyət mərkəzi köhnəsinin yerində, Laçının əsas küçəsində planlanır. Layihənin əsas hədəfləri şəhərə qayıdacaq laçınlılar üçün yerin yaddaşını qorumaq, icmanın inkişafına dəstək vermək və ərazinin potensialını açmaqdır.

Binanın çoxfunksiyalı təyinatına uyğun olaraq, mürəkəb struktur vasitəsi ilə ümumi həcmin ətraf memarlığa və insan miqyasına mütənasiblik qorunmuşdur. Strukturun əsasında dağ məskənlərinin quruluşu və karvansaraların daxili həyət prinsipi dayanır. Memari üsullarda etnik minimalizmin incə və zərif estetikasından istifadə olunub. Bina mənzərələrə doğru istiqamətlənib.

Layihə iştirakçıları: Toğrul Bayramov, Rəsul Rzalı, Nehmət Səmədov, İvan Kovolev.