Daşaltı kəndinin
şəhərsalma əsaslandırılması
Layihə: Şəhərsalma əsaslandırılması
Tarix: 2021
Yerləşmə: Daşaltı kəndi, Şuşa rayonu

Şuşa platosunun ətəyində yerləşən tarixi kənd üçün baş plan və inkişaf konsepsiyası təklifi. Kəndin mövqeyi və Şuşa şəhərinin məhdud ərazi potensialı buranı təbii olaraq Şuşanın peyki və infrastruktur dəstəyi funksiyalarını özünə götürməyi üçün əlverişli edir.

Təklifə əsasən, kəndin tarixi nüvəsi qorunub olduğu kimi bərpa edilir, Zəfər yoluna yaxın hissədə yeni mərkəz yaradılır, tikintiyə yararlı ərazilərdə yaşayış massivləri salınır. Mürəkkəb relyefli ərazidə əhali sıxlığının artırılması üçün bəzi hissələrdə çoxmənzilli binalar tikilir.

Layihə çərçivəsində Daşaltı kəndinin və ətraf ərazilərin turizm potensialı araşdırılıb, onların Şuşa ilə inteqrasiya modelləri işlənilib və müvafiq infrastruktur layihələndirilib.

Layihə iştirakçıları: Toğrul Bayramov, Müslüm İmranlı,
Bayram Axundov, Rəsul Rzalı, Rəcəb Əliyev, Urfan Məmmədov, Ayan Şirinova, Lalə İskəndərli, Heydər Əlibəyli, Nərminə Mahmudova, Teymur İsazadə, Çiçək Bayramlı, Yusif Yusublu, Səkinə Nağıyeva, İsgəndər Hacıyev, Sevən Məhəmmədpur.