Laçın şəhəri
Məscid

Memarlıq konsepsiyası
Layihə: Şəhərsalma əsaslandırılması
Tarix: 2022-2023
Yerləşmə: Laçın şəhəri

Konsepsiyada qəsəbənin təbii mövqeyi və tarixi quruluşuna əsaslanaraq, müasir tələblərə və şəhərsalma prinsiplərinə cavab verən 20 illik baş plan tərtib edilmişdir. Baş planda bütün zəruri infrastruktur, qəsəbə mərkəzi, ictimai binalar, yaşayış məhəllələri, Xudafərinin turizm potensialına uyğun infrastruktur layihələndirilmişdir.

Memarlıq simasının yaradılması üçün bölgəyə xas üslub və tikinti materialları təhlil edilərək, onların yeni interpretasiyası üzərindən təkliflər hazırlanmışdır. Sahələrin çeşidlənməsində və yaşayış evlərinin planlamasında ənənəvi həllərə istinad edilmiş, qəsəbənin çayla əlaqəsi, tarixi abidələri ilə əlaqəsi və yaranacaq ümumi panorama nəzərə alınmışdır.

Layihə yekununda analitik tədqiqat və dayanıqlı inkişafa köklənmiş yaradıcı yanaşma məhsulu olan konseptual təqdimat, memarlıq həlləri və şəhərsalma əsaslandırması sənədləri tərtib edilmişdir.


Layihə iştirakçıları: Toğrul Bayramov, Rəsul Rzalı, Çiçək Bayramlı, Leyla Cəbrayılova, Səkinə Nağıyeva.