Bureau Mühit – sağlam memarlıq vasitəsilə ətraf mühiti yaxşılaşdırmağı özlərinə hədəf seçmiş gənc və proqressiv mütəxəssislər komandasıdır. Büronun əsas özəlliyi layihələrə kontekstual və analitik yanaşmasındadır. Büromuzun layihələri
həm büro daxilində, həm kənardan dəvət etdiyimiz yanaşı
sahələrin mütəxəssisləri ilə birgə keçirdiyimiz “beyin fırtınaları”nın
məhsuludur. Biz təkcə memarlarla deyil, həm də mühəndislərlə, sosioloqlarla, iqtisadçılarla və kompüter texnologiyaları
mütəxəssisləri ilə əməkdaşlıq edirik.