Buzovna Eko-Ferma abadlaşdırılması
Layihə: Abadlaşdırılma konsepsiyası
Tarix: 2022-2023
Yerləşmə: Bakı şəhəri


Şəhər səs-küyündən qaçmaq, canlılarla əlaqə qura bilmək, ailə ilə dincəlmək, uşaqlarla birgə əylənmək, onlara təbiət və həyat haqda yeni biliklər və təcrübələr vermək üçün Abşeron ərazisində bir guşə.
Landşafta və canlıların ehtiyaclarına uyğun xüsusi valyerlər dizayn edildi. Onların zoopark şəraitində yox, daha sərbəst mühitdə bəslənməsini təmin edən memarlıq fənlərindən istifadə olundu. Onların yaşam mühiti təbii materiallar və bitkilərlə əhatələnir, qonaqlarla birbaşa fiziki təmasının qarşısı alınır.
Eko parkın ərazisinin abadlaşması fərqli sahələri əhatə edir. Aktiv və passiv istirahət növləri, idman infrastrukturu və uşaqlar üçün əyləncələr nəzərdə tutulub. Parkda həmçinin qonaqlama yerləri, iaşə obyektləri və tədbirlər üçün məkanlar planlanıb. Layihənin məqsədi qonaqlarla təbiət arasında təmas yaratmaq, şəhərin yaxınlığında onlara daim gedə biləcəkləri təbiət guşəsi bəxş etməkdir.


Layihə iştirakçılar: Toğrul Bayramov, Rəsul Rzalı, Teymur İsazadə, Sevən Mohadpur, Ayan Şirinova, Riad Hüseynov, Səkinə Nağıyeva, İsgəndər Həciyev.